Sumqayıtda yeniyetmə oğurluğa görə saxlanılıb

Sumqayıtda oğurluq edən yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də şəhər ərazisindəki mağazaların birindən 1 174 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini olan yeniyetmə saxlanılıb.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 07 iyun, 2026 / 17:55
Binədə mağaza yanıb 06 iyun, 2026 / 12:28