Sumqayıtda yaşayış binasında yanğın olub

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 33 m² olan 1 otaqlı mənzildə ev əşyaları 20 m² sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54