Sumqayıtda bazarda yanğın olub

Sumqayıtda bazarda yanğın baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə "Əşya bazarı" adlanan ərazidə qeydə alınıb.

Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Hacıyev Mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kv.metr olan meyvə-tərəvəz mağazasının 250 kv metr hissəsi yanıb. Daha sonra yanğın mağazanın yanında dayanmış vəziyyətdə olan 1978-ci il təvəllüdlü Hüseynov Elşən Şamil oğluna məxsus "Mercedes" markalı yük avtomobilinə keçib.

Əraziyə dərhal FHN-nin DYMX-nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

Yanğının səbəbi araşdırılır.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17