Sumqayıtda yanğın olub, şam ağaclarına ciddi ziyan dəyib

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib, şam ağaclarına ciddi ziyan dəyib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Kotej qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları cəlb olunub. Yanğının ətraf yerlərə keçməsinin qarşısı alınır.

Hadisənin səbəbi araşdırılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30