Sumqayıtda ustanı elektrik cərəyanı vurub

Sumqayıt şəhərində fərdi evdə çalışan ustanı elektrik cərəyanı vurub.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin “Mero” adlanan ərazisində qeydə alınıb.

1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədov fərdi evdə işləyərkən onu elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34