Sumqayıtda zəhərlənmə hadisəsi baş verib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.
1988-ci təvəllüdlü Məmmədov Emin Mirzə oğlu işdən sonra qəbul etdiyi spirtli içkidən zəhərlənib. O, xəstəxanaya çatdırılıb.
E.Məmmədovun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.