Sumqayıtda üç avtomobil toqquşdu

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, 99-GS-741 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil sürət həddini aşaraq, arxadan 99-XA-325 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilə çırpılıb. “Opel“ bundan sonra yol kənarında dayanan 50-BT-345 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da hər üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb olunub.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26