Sumqayıtda top mərmisi aşkarlanıb

Sumqayıt şəhərində top mərmisi aşkar olunub. 

“Report”un yerli bürosunun məlumatına görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsi, Kərim Kərimov küçəsində bir ədəd 100 mm-lik top mərmisi, şəhərin 18-ci məhəlləsində isə “İJ-17” markalı tək lüləli ov tüfəngi tapılıb.

Həmçinin şəhərin 76-cı məhəlləsində bir ədəd 7,62 çaplı "AKM" markalı "Kalaşnikov” avtomatı, həmin avtomata aid 17 ədəd patron və bir ədəd daraq aşkar edilib.

Silah-sursatlar aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54