Sumqayıtda Təhsil Şöbəsinin qadın əməkdaşını maşın vurub

Sumqayıt. 6 aprel. REPORT.AZ/ Sumqayıtda Təhsil Şöbəsinin metodistini maşın vurub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1986-cı il təvəllüdlü, Əzimzadə Gülnar Fazil qızı yolu keçərkən qarşı tərəfdən gələn avtomobil onu vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb və vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38