Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıt şəhərində silah-sursat aşkar edilib.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bulvar ərazisində qeydə alınıb.

Ərazidən 1 ədəd 7,62 “AK” markalı “Kalaşnikov” avtomatı, 1 ədəd sandıq və 30 ədəd həmin avtomata aid güllələr aşkar olunub.

Aşkar edilən silah-sursat polisə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41