Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.

Ərazidən 1 ədəd 7,62 kalibrli "AK-74 Kalaşnikov" markalı avtomat və həmin silaha məxsus 30 ədəd patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36