Sumqayıtda selfi çəkmək istəyən turist yıxılaraq ağır xəsarət alıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Sumqayıtda selfi çəkmək istəyən turist yıxılaraq ağır xəsarət alıb.

“Report”un xəbərinə görə, şəhərdəki dənizkənarı bulvarda Gürcüstan vətəndaşı 1993-cü il təvəllüdlü Nika Buruşvili selfi çəkmək istəyən zaman hündürlükdən yıxılıb.

O, bel sümüyünün sınığı diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər