Sumqayıtda saxta əsginas çap edən şəxs tutulub

Bakı. 25 fevral. REPORT.AZ/ Sumqayıtda saxta əsginas çap edən şəxs tutulub.

"Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Dövlət Sabirlidən 8 ədəd 100 manatlıq, 52 ədəd 50 manatlıq və 11 ədəd 20 manatlıq, ümumilikdə 3 620 manatlıq saxta əsginas götürülüb.

Onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evinə baxış zamanı isə "HP" markalı printer aşkar edilərək götürülüb.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26