Sumqayıtda restoran sahibi intihar edib

Sumqayıt. 5 may. REPORT.AZ/ Sumqayıt şəhərində "Lalə" restoranının sahibi intihar edib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1966-cı il təvəllüdlü Baxşəliyev Mahir Əhməd oğlu özünü bıçaqlayaq intihar edib.

İntiharın səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırma aparır.

Digər xəbərlər