Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşub.
"Report" xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 50-DB-466 dövlət nömrə nişanlı "Hyundai" markalı mikroavtobus ara məsafəsini gözləməyərək işıqforda dayanan "Hyundai accent" markalı avtomobili arxadan vurub. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, qəzanı törədən mikroavtobusun sürücüsü hadisə yerindən qaçıb.
Əraziyə DYP əməkdaşları və təxliyə maşını cəlb edilib.