Bakı. 28 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində ümumi sahəsi 120 kv.m olan yeməkxanada 5 litrlik qaz balonunda partlayış baş verib.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nəticədə mətbəxin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Yanğın nəticəsində 1 nəfər xəsarət alıb.
Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.