Sumqayıtda qardaş bacısını qətlə yetirib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhər sakini bacısını qətlə yetirib.

Bu barədə “Report”a şəhər prokurorluğundan məlumat verilib.

Məlumata görə, şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34