Sumqayıtda qadın özünü dənizə atıb

Sumqayıtda qadın intihara cəh edib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-də saat 14 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən dənizkənarı parkda bir qadın qəfil özünü dənizə atıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin qadın sudan çıxarılaraq xilas edilib.

Araşdırmalarla onun şəhər sakini A.Ramazanova olması müəyyən edilib.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54