Sumqayıtda qadın körpə qızı ilə birlikdə itkin düşüb

Bakı. 23 iyun. REPORT.AZ/ Sumqayıtda qadın bir yaşlı körpəsi ilə birlikdə itkin düşüb.

“Report”un məlumatına görə, Abşeron rayonu Saray qəsəbəsində yaşayan 45 yaşlı Mehman Ağayev polisə müraciət edərək bildirib ki, iyunun 22-də Sumqayıtda yaşayan bacısı 40 yaşlı Şəlalə Kərimova qızı 1 yaşlı Firəngiz Kərimova ilə birlikdə yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

Polis faktla bağlı araşdırma aparır.  

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36