Sumqayıtda piyada ölümü ilə nəticələnən avtoqəza olub

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Koroğlu prospektində baş verib.

Məlumata görə, 1991-ci il təvəllüdlü Aslanov Vüqar Elşən oğlu idarə etdiyi "BYD Destroyer A05" markalı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Həşimov Qabil Salman oğlunu vurub. Ağır xəsarətlər alan piyada həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47