Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.
Belə ki, VAZ-2106 markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.
Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.