Sumqayıtda paytaxt sakininin telefonunu zorla alan şəxs tutulub

Bakı. 4 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində paytaxt sakininin mobil telefonunu zorla əlindən alan şəxs tutulub. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Sumqayıt şəhər Polis idarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Natiq Şahbazov saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər