Sumqayıtda ötən gün maşınla vurulan piyada bu gün ölüb

Ötən gün Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 10-cu məhəlləsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Tükəzban Süleyman qızı Məmmədovanı “Prius” markalı maşın vurub.

Xəstəxanaya çatdırılan piyada bu gün ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47