Sumqayıtda orta yaşlı kişi özünü kəndirlə asıb - YENİLƏNİB

Sumqayıt. 13 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində özünü küçədə ağcdan asaraq intihar edən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, bu, şəhər sakini, 1982-ci il təvəllüdlü Həsənov Teymur Natiq oğludur.

Hadisənin dəqiq səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.


***22:14

Sumqayıt. 13 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, orta yaşlı kişi özünü küçədə "Göyərçin" abidəsinin arxasındakı ağaclıqda özünü kəndirlə asaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirlib. 

Hadisənin səbəbləri araşdırlır.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48