Sumqayıtda orta yaşlı kişi işlədiyi şərab dükanında döyülüb

Sumqayıt. 4 mart. REPORT.AZ/ Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yerləşən şərab dükanlarından birində döyülmə hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon, bina 8b/26, mənzil 38-də yaşayan 1982-ci təvəllüdlü Bəxtiyar Bayram oğlu Xudiyevin işlədiyi şərab dükanı naməlum şəxslərin hücumuna məruz qalıb.

Nəticədə o, gözləmədiyi halda həmin şəxslər tərəfindən möhkəm döyülüb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. TTYX-dan verilən məlumata görə, hazırda Bəxtiyar Xudiyevin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər