Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıtda avtomobillərin toqquşması piyadanın ölümünə səbəb olub.

“Report”un yerli bürosu xəbər verir ki, Siyəzən rayon sakini 1989-cu il təvəllüdlü Xangəldiyev Vüsal Rəhman oğlunun idarə etdiyi “Ford” markalı avtomobillə Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Cəfərov Elşən Balamirzə oğlunun idarə etdiyi “Qaz-31” markalı avtomobillər toqquşub.

Qəza zamanı həmin ərazidən keçən piyadanı avtomobillər vurub. Zərərçəkmiş hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38