Sumqayıtda oğurluq hadisəsi olub - VİDEO - YENİLƏNİB

Sumqayıtda oğru təhlükəsizlik kamerasına düşüb. 

“Report”un Sumqayıt-Abşeron müxbirinin məlumatına görə, hadisə 2-ci mk N.Nərimanov küçəsində ki ,mağazaların birində qeydə alınıb.

Ötən gecə qadın alt geyimləri mağazasına girən naməlum şəxs oradan 2 min manatlıq oğurluq edib. 

Bu zaman o, mağazanın təhlükəsizlik kamerasına da düşüb

Hadisə ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə məlumat verilib. Araşdırma aparılır.

Digər xəbərlər