Sumqayıtda oğul atasını bıçaqlayıb

Sumqayıt. 23 avqust. REPORT.AZ/ Sumqayıtda oğul atasını bıçaqlayıb.

"Report" xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən şadlıq evində qeydə alınıb.

 Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Romans" şadlıq evində şənlik zamanı 1961-ci il təvəllüdlü Əlmərdanov Cabir Telman oğlu övladı tərəfindən bıçaqlanıb. O, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. 

Həkimlər C. Əlmərdanovun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26