Sumqayıtda məktəb direktorunun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı araşdırılır

Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 32 saylı orta məktəb direktorunun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı yayılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47