Sumqayıtda məişət tullantılarının atıldığı yerdə yanğın olub - VİDEO

Sumqayıt şəhərində məişət tullantılarının atıldığı ərazidə güclü yanğın baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 50-ci məhəlləsində qeydə alınıb.

Hadisə yerinə FHN-nin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.

Digər xəbərlər