Sumqayıtda mebel sexi yanır - FOTO - VİDEO

Sumqayıtda mebel sexi yanır.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində baş verib.

Hazırda yanğın davam edir.

Süleyman Əliyevə məxsus mebel sexində baş verən yanğının söndürülməsinə cəlb olunmuş yanğınsöndürənlərdən ikisi ağır xəsarət alıb.

***

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 18-ci mikrorayonda mebel sexində yanğın olması barədə məlumat daxil olub. 

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26