Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə iyunun 11-də saat 14 radələrində baş verib.
Sülh küçəsində Xaçmaz rayon sakini İ.Hacıyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən şəhər sakini İradə Şıxəliyevanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.