Sumqayıtda körpə birinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Sumqayıt. 5 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində körpə birinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə "Yaşıldərə" yaşayış massivində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2015-ci il təvəllüdlü İsmin Elxan oğlu Əliyev birmərtəbəli yaşayış evinin pəncərəsindən yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 12 fevral, 2026 / 19:02