​Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 21 dekabr.REPORT.AZ/ Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veriri ki, Sumqayıt şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil veriblər. 

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51