​Sumqayıtda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində iki nəfər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, şəhərdə iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56