Sumqayıtda köhnə zavod ərazisində yanğın baş verib

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən köhnə zavodlardan birinin həyətində yanğın hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə, xüsusilə də yaxınlıqdakı sexlərə keçməsinin qarşısı alınıb.

Yanğın tamamilə söndürülüb. Ərazidə soyutma işləri aparılır, yanğının səbəbləri araşdırılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41