Sumqayıtda kişini döyərək pulunu və mobil telefonunu alan şəxs saxlanılıb

Bakı. 31 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində yol kənarında dayanan şəxsə qarşı quldurluq edən şəxs tutulub. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, iyulun 30-da Sumqayıt şəhər sakini Elçin İsmayılov 3-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək iyulun 29-da saat 23 radələrində 76-cı məhəllənin ərazisində yolun kənarında dayanarkən markasını bilmədiyi avtomobilin sürücüsünün ona yaxınlaşıb küt alətlə əlindən vuraraq içərisində 45 manat və mobil telefonu olan çantasını almasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xalid Məmmədov saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14