Sumqayıtda “KİA” markalı mikroavtobus oğurlanıb

Bakı. 15 iyun. REPORT.AZ/ “KİA” markalı mikroavtobus oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Tural Hüseynov tutulub.

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri 39-cu məhəllə ərazisindən şəhər sakini Dəyanət Hümbətova məxsus, üzərində mühərriki olmayan təmirə qoyulmuş “KİA” markalı mikroavtobus oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Tural Hüseynov tutulub.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54