Sumqayıtda keçmiş məhkum iki evdən 5300 dollar oğurlayıb

Sumqayıtda evdən 5300 ABŞ dolları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 2 evdən ümumilikdə 5300 ABŞ dolları, 1 ədəd fotoaparat və 100 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılıb.

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49