Sumqayıtda iki avtomobil toqquşub - FOTO

Sumqayıt şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə Sumqayıt şəhər İcra Hakimiyyətinin yaxınlığında qeydə alınıb.

Belə ki, 99-FV-308 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil dairəvi yola daxil olan 99-BN-130 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili gözləməyib və onunla toqquşub.   

Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib. 

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. 

Digər xəbərlər