Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Dadaşov Balağa Əzizağa oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.