Sumqayıtda iki avtomobil toqquşdu

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Babək və Ü.Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 99-PS-986 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozaraq, dairədən gələn 99-XK-146 dövlət nömrə nişanlı "Fiat doblo" markalı avtomobili gözləməyərək qəza törədib. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45