Sumqayıtda gözyaşardıcı qazdan istifadə edərək oğurluğa gələn şəxs tutulub

Bakı. 4 noyabr. REPORT.AZ/ Sumqayıtda gözyaşardıcı qazdan istifadə edərək evdən oğurluq etmək istəyən şəxs tutulub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, noyabrın 3-də Sumqayıt şəhərində yaşayan Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib. Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

1-ci Polis Bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Zərbəliyev olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14