Sumqayıtda göldə batan şəxsin meyiti tapılıb

Sumqayıt. 10 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində göldə batan şəxsin meyiti tapılıb.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, şəhərin H.Z.Tağıyev qəsəbəsində süni göldə batan, Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Qurbanov Tərlan Hüseynbala oğlunun meyiti bir neçə gün davam edən axtarışlardan sonra tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47