Sumqayıt. 15 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində 25 yaşlı qız intihara cəhd edib.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü N.H. yaşadığı mənzilin eyvanına çıxaraq özünü 3-cü mərtəbədən yerə atıb. İntihara cəhd edən qadın ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, gənc qızın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.