Sumqayıtda gənc oğlan itkin düşüb - FOTO

Sumqayıt. 1 Fevral. REPORT.AZ/ Sumqayıt şəhərində gənc oğlan itkin düşüb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, şəhərin Saray bağlar massivi, ev B-3225 ünvanında yaşayan, 1998-ci il təvəllüdlü Heydər Həmzə oğlu Qurbanov itkin düşüb.

Ondan bir həftədir xəbər yoxdur.

Yaxınları hadisədən sonra polisə gələrək məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər