Sumqayıtda fəhlə işlədiyi binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb

Bakı. 8 fevral. REPORT.AZ/ Sumqayıtda fəhlə işlədiyi binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb. 

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. 

Məlumata görə, fevralın 7-də Sumqayıtda şəhər sakini Şahabbas Sadıqov işlədiyi inşa edilən binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47