Sumqayıtda fəhlə işlədiyi binanın 2-ci mərtəbəsindən yıxılaraq ölüb - YENİLƏNİB

Sumqayıt. 21 may. REPORT.AZ/ Sumqayıt şəhərində işlədiyi binadan yıxılaraq ölən fəhlənin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, 1971-ci il təvəllüdlü  Rüfət Əli oğlu Əliyevdir.

***10:59

Sumqayıt. 21 may. REPORT.AZ/ Sumqayıt şəhərində fəhlə işlədiyi binadan yıxılaraq ölüb.

"Report"un Sumqayıt -Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində yeni tikililərin birində baş verib.

Belə ki, təqribən, 45-50 yaşlarında kişi, işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hazırda onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47