Sumqayıtda evdən oğurluq edən şəxslər tutuldu

Sumqayıtda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 6-da şəhər ərazisindəki evlərin birindən 2 400 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar V.Əşrəfov və S.Abuşov saxlanılıb.

Digər xəbərlər