Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən 56 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-ci il təvəllüdlü Cəfərov Niyaz Şamil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41